Lisey və gimnaziyaların boş qalan yerlərinə seçim mərhələsinə başlanılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Lisey və gimnaziyaların boş qalan yerlərinə seçim mərhələsinə başlanılır

Qafar Ağayev12:27 - 22 / 08 / 2023
Lisey və gimnaziyaların boş qalan yerlərinə seçim mərhələsinə başlanılır

Avqustun 22-si saat 12:00-dan mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinə start verilir.

Elm və Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, II mərhələ lisey və gimnaziya seçimi 25 avqust saat 15:00-da başa çatacaq.

Boş qalan yerlər üçün sy.edu.az portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla 1 və ya 2 seçim edilə bilər.

Vakant yerlərlə müvafiq linkə daxil olaraq tanış ola bilərsiniz: http://bitly.ws/SLGZ

Qeyd edək ki, 28 avqust tarixindən II mərhələdə uğur qazanan şagirdlərin sənəd qəbuluna start veriləcək.

Paylaş:
379

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər