İsmayıllıda Zərgəran avtomobil yolu təmir edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda Zərgəran avtomobil yolu təmir edilir

Qafar Ağayev16:58 - 23 / 08 / 2023
İsmayıllıda Zərgəran avtomobil yolu təmir edilir

İsmayıllı rayonunda Respublika əhəmiyyətli Muğanlı–İsmayıllı avtomobil yolunun 20-ci km-dən ayrılan Zərgəran avtomobil yolu təmir olunur.

Agentlikdən 1news.az-a bildirilib ki, təmir olunan yolun uzunluğu 2.9 km, eni ortalama 5 metr təşkil edir.

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə agentlik tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla təmir işləri aparılıb, yarasız asfalt və çınqıl örtüklü olan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.

Yolboyu yararsız qrunt qazılıb kənarlaşdırılıb, əks-dolğu və genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa edilib. Torpaq işlərinin ardınca yol əsasının inşası, çiyin hissələrin bərkidilməsi və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Görülən işlər çərçivəsində yolboyu suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunaraq, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb.

Layihənin sonuncu mərhələsində isə hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək. Bununla da yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Paylaş:
336

Son xəbərlər

Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41
Bütün xəbərlər