AzerTelecom və Kazakhtelecom Transxəzər Fiber-Optik layihəsi çərçivəsində birgə müəssisə yaradıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

AzerTelecom və Kazakhtelecom Transxəzər Fiber-Optik layihəsi çərçivəsində birgə müəssisə yaradıblar

Qafar Ağayev12:33 - 23 / 08 / 2023
AzerTelecom və Kazakhtelecom Transxəzər Fiber-Optik layihəsi çərçivəsində birgə müəssisə yaradıblar

Azərbaycanın və Qazaxıstanın aparıcı telekommunikasiya şirkətləri AzerTelecom və Kazakhtelecom “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) meqalayihəsinin əsas komponentlərindən biri olan Transxəzər Fiber-Optik Kabel Xətti layihəsinin icrası istiqamətində birgə səylərini davam etdirir.

Əməkdaşlıq çərçivəsində Azərbaycan tərəfindən AzerTelecom, Qazaxıstan tərəfindən isə Kazakhtelecom şirkətləri Xəzər dənizinin dibi ilə Azərbaycan-Qazaxıstan marşrutu üzrə Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi və istismarına cavabdeh olan birgə müəssisə yaradıblar.

Daha əvvəl imzalanmış Səhmdarlar müqaviləsi əsasında AzerTelecom şirkətinin Əməliyyatlar üzrə Baş direktoru Sergey Nazarenko və Kazakhtelecom şirkətinin Dövlət qurumları ilə biznesin inkişafı üzrə İcraçı direktoru Akimjan Axılbekov şirkətin qeydiyyata alınmasına dair sənədi imzalayıblar. Tərəflər Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisinin həyata keçirilməsi üçün yeni təsis olunan birgə müəssisəyə öz dəstəyini ifadə ediblər.

“Birgə müəssisənin yaradılması tərəflərin Transxəzər kabel sisteminin qurulması istiqamətində atdıqları daha bir mühüm addımdır. Bu addım hər iki şirkətin bu beynəlxalq əhəmiyyətli layihənin icrasına sadiqliyini təsdiqləyir. Birgə müəssisə “Rəqəmsal İpək Yolu” layihəsinin vacib elementi olan, Asiya və Avropa arasında çoxterabitli həcmdə məlumat ötürülməsini təmin edəcək Transxəzər Fiber-Optik Kabel Xəttinin yaradılmasına sərmayə yatıracaq. “Rəqəmsal İpək Yolu” marşrutu biznes mühitinin yaxşılaşdırılmasında, iqtisadi inkişafda və ölkələrin dünya miqyasında mövqelərinin yüksəldilməsində mühüm rol oynayacaq. Bu, regional əməkdaşlıq üçün də yeni imkanlar açacaq”, - deyə AzerTelecom şirkətinin Əməliyyatlar üzrə Baş direktoru Sergey Nazarenko bildirib.

Xəzər dənizinin dibi ilə çəkiləcək kabel xəttinin uzunluğu 380 km, məlumat ötürmə qabiliyyəti isə 400 terabit/s-ə qədər təşkil edəcək.

“Bu layihəni regionun ən əhəmiyyətli layihəsi etmək üçün əməkdaşlığımızı daha da gücləndirməyə çalışırıq. Hədəflərimiz, həmçinin Asiyadan Avropaya yayılacaq rəqəmsal xidmətlərin və məhsulların artımını sürətləndirəcək yeni tərəfdaşlıqların qurulmasını da özündə ehtiva edir”, - deyə Kazakhtelecom şirkətinin Dövlət qurumları ilə biznesin inkişafı üzrə İcraçı direktoru Akimjan Axılbekov bildirib.

Qeyd edək ki, “Rəqəmsal İpək Yolu” layihəsi, ABŞ-da keçirilən Qlobal Strateji İnfrastruktur Liderlik Forumunda Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri kimi seçilib.

AzerTelecom Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding doqquz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.

Kazakhtelecom Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir.

Reklam hüququnda

Paylaş:
450

Son xəbərlər

Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34
Bütün xəbərlər