Daşaltıda şəhid olan Araz Rüstəmovun qalıqları 31 sonra doğulduğu Xızıda dəfn olunub - FOTO

Kütləvi məzarlıqlarda qalıqları tapılan Rüstəmov Araz Bağı oğlunun qalıqları Xızı rayonuna gətirilib.
1news.az APA-ya istinadən xəbər verir ki, şəhidlə Xızı rayonunun Giləzi qəsəbəsində vida mərasimi keçirilir.
Şəhidin qalıqları Giləzi qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.
Rüstəmov Araz Bağı oğlu 1968-ci ildə Giləzi qəsəbəsində anadan olub. 1992-ci ilin yanvar ayında Şuşa rayonunun Daşaltı kəndində itkin düşüb. Onun qalıqları bir müddət əvvəl kütləvi məzarlıqda tapılıb.
Qeyd edək ki, bir qədər əvvəl kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib.
Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir.






