NİİM işıqforlarda yaranan texniki nasazlıqla bağlı müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

NİİM işıqforlarda yaranan texniki nasazlıqla bağlı müraciət edib

Qafar Ağayev14:35 - 24 / 08 / 2023
NİİM işıqforlarda yaranan texniki nasazlıqla bağlı müraciət edib

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müraciət edib.

NİİM-dən 1news.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Ötən gün Yasamal rayonu, Dadaş Bünyadzadə və Xiyabani küçələrinin kəsişməsində yerləşən işıqforda yaranan texniki nasazlıq aradan qaldırılıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə problemlə bağlı müraciət daxil olduqdan sonra NİİM-in əməkdaşları əraziyə baxış keçiriblər və işıqforda yaranan texniki problem həll edilib. Ümumilikdə isə paytaxt ərazisində işıqforların texniki vəziyyəti ilə bağlı monitorinqlər keçirilir. Yol hərəkəti iştirakçıları tərəfindən daxil olan məlumatlar dərhal yoxlanılır, müraciətlər yerində və rəqəmsal metodlarla diqqətdə saxlanılır. Paytaxt yollarında işıqforlarla bağlı hər hansısa bir problem aşkar edildikdə vətəndaşlardan xahiş olunur ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sosial şəbəkə hesablarına və ya (012) 404 41 22 əlaqə nömrəsinə zəng vuraraq məlumat versinlər".

Paylaş:
424

Son xəbərlər

Bütün xəbərlər