Suraxanıda qadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Suraxanıda qadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Qafar Ağayev08:21 - 25 / 08 / 2023
Suraxanıda qadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Avqustun 24-də saat 22 radələrində Suraxanı rayon sakini 1977-ci il təvəllüdlü Könül Cəfərovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, araşdırma zamanı 1986-cı il təvəllüdlü Səbuhi Hüseynovun aralarında yaranmış mübahisə zamanı tanışı Könül Cəfərovanı paltar vasitəsilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Səbuhi Hüseynov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Paylaş:
426

Son xəbərlər

Bütün xəbərlər