Ermənistan ordusunun Naxçıvan istiqamətində növbəti təxribatının qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan ordusunun Naxçıvan istiqamətində növbəti təxribatının qarşısı alınıb

Qafar Ağayev16:53 - 26 / 08 / 2023
Ermənistan ordusunun Naxçıvan istiqamətində növbəti təxribatının qarşısı alınıb

Avqustun 26-sı saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat törətmək məqsədilə Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında əlverişli mövqelər tutmağa cəhd göstəriblər.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimizin sayıqlığı nəticəsində təxribat törətmək istəyən qarşı tərəfin fəaliyyəti dərhal dayandırılıb.

Paylaş:
447

Son xəbərlər

Bütün xəbərlər