Uşaqlar üçün sosial xidmət və təhsil müəssisələrinin 400 məzunu mənzillə təmin olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Uşaqlar üçün sosial xidmət və təhsil müəssisələrinin 400 məzunu mənzillə təmin olunacaq

Qafar Ağayev16:48 - 28 / 08 / 2023
Uşaqlar üçün sosial xidmət və təhsil müəssisələrinin 400 məzunu mənzillə təmin olunacaq

Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 400 məzunu mənzillə təmin ediləcək.

1news.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramı"nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, çətin həyat şəraitində olan şəxslərə sosial xidmətin təşkili ilə bağlı həyata keçirilən fəaliyyətin sistemliliyi, operativliyi və səmərəliliyi artacaq.

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası prosesinin həyata keçirilməsində sistemlilik, operativlik və səmərəlilik artacaq.

Koordinasiya Şurası yaradılarkən və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin adaptasiyası məqsədilə birgə tədbirlər həyata keçirilərkən aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsində çətinliklər yarana bilər. Bununla əlaqədar müvafiq işçi qrupların yaradılması nəzərdə tutulur.

Yeni yaradılacaq dövlət sosial xidmət müəssisələrində fəaliyyətin təşkilinə, həmçinin mövcud müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə sosial xidmət müəssisələrinin mövcud infrastruktur təminatının yaxşılaşdırılmasına, habelə müəssisələrin maddi-texniki təminatının və reabilitasiya prosesinin müasir beynəlxalq təcrübəyə uyğun qurulması istiqamətində tədbirlərin görülməsinə ehtiyac vardır. Həmçinin uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, həmin müəssisələri tərk etmiş və yaşayış yeri olmayan məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi zəruridir.

Dövlət sosial xidmət müəssisələrinin (o cümlədən yeni yaradılan müəssisələrin) infrastrukturunun müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması təmin ediləcək.

Paylaş:
345

Son xəbərlər

Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46
Bütün xəbərlər