“Marriott International” ilə “PASHA” Development arasında “The Ritz-Carlton Residences”, “Baku” kompleksinin açılışı ilə əlaqədar müqavilə imzalandı
Bu gün Azərbaycanın aparıcı daşınmaz əmlak qurucusu və PAŞA Holdinqin törəmə şirkəti olan PAŞA Development The Ritz-Carlton Residences kompleksinin Bakıya gətirilməsi üçün Marriott International ilə idarəetmə müqaviləsi imzaladığını elan etdi.
Şəhərin ilk brend rezidensiyası olaraq, The Residences kompleksi öz sahiblərinə bir sıra inklüziv imtiyazdan, əlavə ödənişli hotel xidmətlərindən və The Ritz-Carlton-un əfsanəvi servisindən istifadə etməyə imkan verəcək.
The Ritz-Carlton Residences Baku şəhərin daim aktiv ərazilərindən biri sayılan Nəsimi rayonunda 31 mərtəbəli görkəmli bir binada yerləşir. Binanın 14 mərtəbəsi brendin ölkədəki ilk hoteli olan The Ritz-Carlton Baku-ya ev sahibliyi edir. Bu məkan sakinlərə canlı şəhər həyatı və eksklüziv yaşayış mühiti arasında mükəmməl balans yaradaraq, Bakı şəhərinin mərkəzinə və Heydər Əliyev Beynəlxalq Hava Limanına rahat çıxış təmin edir. The Ritz-Carlton Residences Baku kompleksi əfsanəvi memar Zaha Hadid tərəfindən layihələndirilmiş, şəhərin müasir memarlıq rəmzi olan Heydər Əliyev Mərkəzinin tam qarşısındadır.
The Ritz-Carlton Residences, Baku 79 mənzildən ibarətdir. Gözqamaşdıran penthauslar və 1-4 yataq otaqlı mənzillərin hər biri özünəməxsus dizayn və mənzərələri ilə seçilir. The Ritz-Carlton Baku hotel kompleksinə birbaşa çıxış əldə etməklə, mənzil sahibləri 2 restoran, rooftop bar və açıq havada terras, toplantı və tədbirlər üçün dünya səviyyəli zallar, qapalı hovuzları olan 24/7 Fitnes Mərkəzi, sauna, buxar otağı və türk hamamından ibarət The Ritz-Carlton imzalı Spa mərkəzi, The Ritz-Carlton Club və eksklüziv Residents’ Lounge-dan istifadə etmək imtiyazına malik olacaqlar.
PAŞA Development şirkətinin baş icraçı direktoru Rəşad Əliyev bildirib: "The Ritz-Carlton Residences kompleksini Bakıya gətirmək məqsədilə Marriott International ilə aramızdakı razılaşmanı elan etməkdən məmnunluq hissi duyuruq. Hər iki tərəf The Ritz-Carlton qonaqpərvərliyinin qızıl standartını əsas götürərək, sakinlərə tam fərqli bir həyat tərzi təklif etmək öhdəliyini paylaşır. The Ritz-Carlton Residences Baku PAŞA Development şirkətinin sürətlə inkişaf edən, şəhərin bir çox ikonik ünvanlarını əhatə edən əmlak portfelinə əlavə olunacaq və Bakıda dəbdəbəli həyat tərzinin yeni meyarı olacaq”.
The Residences öz sakinlərində zəriflik hissi yaratmaqla yanaşı, The Ritz-Carlton brendinə məxsus detallarla yaxından tanış olmaq imkanı təqdim edəcək. Binanın heyrətamiz yelkənvari memarlığı, Kristina Zanic Consultants şirkəti tərəfindən xüsusi hazırlanmış dizayn konsepsiyasını tamamlamaqdadır. Bu konsepsiya Bakının tarixi, mədəniyyəti, dil və dininin rəngarəng təsirlərindən ilhamlanaraq, “zəngin irsə sahib bir şəhəri” vəsf edir.
Marriott İnternational şirkətinin Şərqi Avropa üzrə vitse-prezidenti Pankaj Birla belə qeyd edib: “Biz məşhur hotel ilə birlikdə, The Ritz-Carlton Residences, Baku-nu şəhərə təqdim etməkdən məmnunluq hissi duyuruq. Dünyanın hər bir yerindəki Ritz-Carlton gündəlik bir təcrübəni özündə cəmləşdirir. Bununla da, The Ritz-Carlton Residences Baku dünya miqyasında bütün vətəndaşların, miras qurucuları və həyat tərzi bilicilərinin həyatdan gözləntilərini əks etdirir.
Cari ilin IV rübündə istifadəyə verilməsi nəzərdə tutulan The Ritz-Carlton Residences, Baku “daima burada yaşa” sloqanı ilə mənzil sahiblərinə bir sıra əlavə xidmətlərdən yararlanmaq imkanı verəcək. Bunlara, dünyanın hər yerindəki The Ritz-Carlton və Marriott şəbəkələri tərəfindən təklif olunan ən yüksək xidmətlərə VIP giriş, konsyerj xidmətləri, Marriott Bonvoy Proqramında elit status və digərləri daxildir. Bundan əlavə, rezidensiya sahibləri PAŞA Holdinq portfelinin müxtəlif məkanlarına imtiyazlar verən PAŞA Elite Club-a çıxış əldə edəcəklər.
Əlavə məlumat üçün, https://www.rcresidencesbaku.com/az/ saytına daxil olun.
Qeyd: The Ritz-Carlton Residences Baku The Ritz-Carlton Hotel Company MMC və ya ona bağlı şirkətlərə (“Ritz-Carlton”) məxsus deyil, həmin şirkətlər tərəfindən dəyişdirilmir və ya satılmır. Yelken Operating Company MMC Ritz-Carlton lisenziyasına əsasən The Ritz-Carlton markalarından istifadə edir, lakin bu lisenziya burada qeyd edilən hər hansı bir bəyanatın və ya təsvirin doğruluğunu təsdiqləmir.
Reklam hüququnda