Bakının daha bir küçəsində sürət həddi endirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının daha bir küçəsində sürət həddi endirilib

Qafar Ağayev12:20 - 28 / 08 / 2023
Bakının daha bir küçəsində sürət həddi endirilib

Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə tədbirlər davam etdirilir.

Bu barədə 1news.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bu tədbirlər çərçivəsində daha bir küçədə sürət həddi endirilib.

28 avqust tarixindən paytaxtın Səməd Vurğun küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib. Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edirik.

Paylaş:
514

Son xəbərlər

Bütün xəbərlər