Paytaxtda qəza sıxlığa səbəb oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda qəza sıxlığa səbəb oldu

Qafar Ağayev17:46 - 29 / 08 / 2023
Paytaxtda qəza sıxlığa səbəb oldu

Bakıda qəza olub, yolda sıxlıq yaranıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hadisə 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsində qeydə alınıb.

"Hazırda Zığ şosesi istiqamətində sıxlıq var. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi əməkdaşları hadisə yerindədirlər", - məlumatda qeyd olunub.

Paylaş:
252

Son xəbərlər

Bütün xəbərlər