Bakıda ermənilər üçün göndərilən humanitar yardım Ağdam-Xankəndi yolunun başlanğıcına çatıb - VİDEO

Bakıdan Xankəndiyə yola salının humanitar yük avtomobilləri Ağdama çatıb.
APA-nın avtomobilləri müşayiət edən əməkdaşı xəbər verir ki, 40 ton un yüklənmiş iki avtomobil Ağdam-Xankəndi yolunun başlanğıcındadır.
Avtomobillərin Ağdam-Xankəndi yolu ilə hərəkət etməsi planlaşdırılır.
Yük Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən göndərilib. Novruz Aslan bildirib ki, Cəmiyyətin rəhbər işçiləri və könüllüləri humanitar yükün Xankəndiyə çatdırılması üçün səfərbər olub.
Onun sözlərinə görə, ilkin mərhələdə 40 ton un məmulatlarının göndərilməsi nəzərdə tutulub, ehtiyac olduğu təqdirdə Qarabağda yaşayan erməni əhali üçün əlavə yardımlar göndərilə bilər.
***
Saat 09:36
Bakıdan Xankəndidə yaşayan erməni əsilli sakinlər üçün iki maşın humanitar yük yola salınıb.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslan məlumat verib.

