Hava şəraitinə görə gecikən Bakı-Tbilisi aviareysləri həyata keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava şəraitinə görə gecikən Bakı-Tbilisi aviareysləri həyata keçirilib

Qafar Ağayev09:47 - 30 / 08 / 2023
Hava şəraitinə görə gecikən Bakı-Tbilisi aviareysləri həyata keçirilib

Ötən gündən etibarən Gürcüstanın paytaxtı Tbilisidə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-9237 və aviaşirkətin tərkibinə daxil olan "Buta Airways"in J2-9225 Bakı-Tbilisi reysləri təxirə salınıb.

Bu barədə 1news.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra hər iki reysin sərnişinləri Tbilisiyə yola düşüblər.

Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunublar.

Paylaş:
212

Son xəbərlər

Bütün xəbərlər