Azərbaycanın müdafiə naziri Türkiyədə səfərdədir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın müdafiə naziri Türkiyədə səfərdədir

Qafar Ağayev09:49 - 30 / 08 / 2023
Azərbaycanın müdafiə naziri Türkiyədə səfərdədir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə işgüzar səfər edib.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, general-polkovnik Z.Həsənov 30 Avqust - Türkiyənin Zəfər Bayramı münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində, həmçinin müdafiə nazirinin Türkiyə Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən buraxılış mərasimlərində iştirakı da planlaşdırılıb.

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər