Ermənistandan itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirməyi tələb edilib - BƏYANAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistandan itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirməyi tələb edilib - BƏYANAT

Qafar Ağayev10:41 - 30 / 08 / 2023
Ermənistandan itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirməyi tələb edilib - BƏYANAT

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən məcburi itkin düşməyə məruz qoyduğu azərbaycanlıların taleyinə aydınlıq gətirməyi, məcburi itkin düşmüş şəxslərin qalıqlarını tapmaq və geri qaytarmaq məqsədilə Azərbaycanla tam əməkdaşlıq etməyi və məcburi itkin düşməni törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməyi tələb edir.

1news.az-ın xəbərinə görə, bu barədə İcmanın 30 avqust - Beynəlxalq İtkin Düşmüşlər Günü ilə yaydığı bəyanatda bildirilib.

Bəyanatda deyilir:

“Ermənistandan olan çoxlu sayda azərbaycanlı etnik təmizləmə zamanı və eləcə də, onların pənah gətirdiyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüşdür.Ermənistan tərəfindən törədilmiş məcburi itkin düşmələr insan hüquqlarının kobud şəkildə pozulmasıdır.

Məcburi itkin düşmədən qorunma hüququ insan hüquqlarına dair müxtəlif beynəlxalq sənədlərdə, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda və “Bütün şəxslərin məcburi itkin düşmələrdən qorunması haqqında Beynəlxalq Konvensiya”da təsbit edilib.

Ermənistan bu şəxslərin taleyi və harada olduğu barədə aydınlıq gətirməkdən, qətlə yetirdiyi azərbaycanlıların kütləvi məzarlıqlarının və digər dəfn yerlərinin dəqiq yerini açıqlamaqdan imtina edir və bununla onların ailələrinin yaşadığı ağrı və qeyri-müəyyənlik iztirabını daha da dözülməz edir.

Bu zorakı itkin düşmələr məsələsinə baxılması insan hüquqlarının müdafiəsi, zərər çəkmiş ailələrə onların yaxınlarının taleyinə aydınlıq gətirmək və ədalətin təmin edilməsi üçün zəruridir”.

Paylaş:
290

Son xəbərlər

Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13
Bütün xəbərlər