Bakıya məktəbli forması almağa gələn ailə qəzaya düşdü - Ata və uşağı öldü - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıya məktəbli forması almağa gələn ailə qəzaya düşdü - Ata və uşağı öldü - FOTO

10:34 - 01 / 09 / 2023
Bakıya məktəbli forması almağa gələn ailə qəzaya düşdü - Ata və uşağı öldü - FOTO

Siyəzəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə “Beton yol” deyilən ərazidə qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 37 yaşlı Samit Əliyev və azyaşlı övladı hadisə yerində ölüb, 5 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Məlumata görə, ailə məktəbli forması almaq üçün Bakıya gəlirmiş.

Paylaş:
598

Son xəbərlər

Bütün xəbərlər