Nazir: “15 yaşlı uşaqlar arasında oxuduğunun mənasını başa düşən azdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “15 yaşlı uşaqlar arasında oxuduğunun mənasını başa düşən azdır”

12:36 - 01 / 09 / 2023
Nazir: “15 yaşlı uşaqlar arasında oxuduğunun mənasını başa düşən azdır”

“Ölkədə 15 yaşına çatmış uşaqlar arasında oxuduğu mətnin mənasını başa düşən azdır”.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən “Azərbaycan dili və Ədəbiyyatı” Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, əksəriyyət oxuduğu mətni anlamırsa, bu, ciddi çətinlik yaradır: “Başqa bir tərəfdən, oxuduğunu anlamayan adamın özünü ifadə ilə də bağlı problem yaşanır. Digər maraqlı məqam isə, on yaşlı şagirdlərin 40 faizinin tam olaraq oxuduğu mətni anlaya bilməməsidir”.

Paylaş:
312

Son xəbərlər

Bütün xəbərlər