Nazirlik iş yerinin qarşılıqlı dəyişdirilməsində iştirak edən müəllimlərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik iş yerinin qarşılıqlı dəyişdirilməsində iştirak edən müəllimlərə müraciət edib

11:20 - 05 / 09 / 2023
Nazirlik iş yerinin qarşılıqlı dəyişdirilməsində iştirak edən müəllimlərə müraciət edib

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində müraciətini təsdiqləmiş namizədlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.

Bu barədə 1news.az-a Nazirlikdən xəbər verilib.

Qeyd edək ki, müsabiqə müddətsiz əsaslarla çalışan müəllimlərə elektron sistem üzərindən öz istəyi əsasında iş yerini qarşılıqlı dəyişdirmək imkanı verir.

Paylaş:
170

Son xəbərlər

Bütün xəbərlər