Baş Prokurorluğun idarə rəisləri canlı yayımda sualları cavablandıracaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluğun idarə rəisləri canlı yayımda sualları cavablandıracaq

17:56 - 06 / 09 / 2023
Baş Prokurorluğun idarə rəisləri canlı yayımda sualları cavablandıracaq

Sentyabrın 8-də saat 11:00-dan saat 12:00-dək Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki səhifəsində (https://www.instagram.com/prokurorluq/) canlı yayım keçiriləcək.

Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Canlı yayım zamanı İstintaq idarəsinin rəisi Nemət Əvəzov, Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev, Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi Orxan İsayev, Kadrlar idarəsinin rəisi Natiq Hüseynov və Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev canlı yayıma çıxaraq vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Paylaş:
263

Son xəbərlər

Bütün xəbərlər