IFA 2023 sərgisinin qəhrəmanı HONOR oldu. Şirkət Azərbaycan bazarında yenilikləri ilə diqqət çəkəcək smartfonlar təqdim etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

IFA 2023 sərgisinin qəhrəmanı HONOR oldu. Şirkət Azərbaycan bazarında yenilikləri ilə diqqət çəkəcək smartfonlar təqdim etdi

19:01 - 06 / 09 / 2023
IFA 2023 sərgisinin qəhrəmanı HONOR oldu. Şirkət Azərbaycan bazarında yenilikləri ilə diqqət çəkəcək smartfonlar təqdim etdi

Berlində (Almaniya) 62-ci Beynəlxalq İstehlak Elektronikası Sərgisi olan IFA 2023 başa çatdı və HONOR bu ilin əsas ulduzu hesab olunur.

HONOR iki qatlanan smartfon təqdim etdi – HONOR Magic V2 və HONOR V Purse. Daha dəqiq danışsaq, ikincinin xüsusilə seçildiyini qeyd edə bilərik. HONOR Magic V2 və HONOR V Purse premium brend istiqamətində iddialı addım hesab olunur.

1news.az-ın müxbiri yeni məhsulların təqdimatı, həmçinin HONOR-un Baş Direktoru George Zhao və Marketinq üzrə Baş Direktoru Wang Qiang ilə görüşlərdə iştirak etdi.

Sərginin ilk günündə keçirilən təqdimat zamanı cənab George yeni məhsulları təqdim etməklə yanaşı, gələcəyin smartfonları konsepti haqqında danışdı.

HONOR Magic V2 qatlanan smartfonlar haqqında stereotipləri aradan qaldıran yenilikdir. Ən nazik qatlana bilən smartfon olan HONOR Magic V2 400 000-dən çox qatlanmaya hesablanıb.

Amma təbii ki, qadınların qəlbini fəth edən HONOR V Purse-un təqdimatı xüsusi diqqətə layiqdir. Qayışlar və zəncirlərlə təchiz edilmiş bu smartfonun çöl displeyi işə salındıqda, fərqli ekran üzlüklər sayəsində çanta imitasiyası əmələ gəlir.

Yaradıcı yanaşması hesabına HONOR brendin stendində əsl nümayiə nail oldu. Əsas personaj, əlbəttə ki, HONOR V Purse idi. Şounun məqsədi HONOR V Purse modelinin sadəcə bir smartfon deyil, eyni zamanda həm obraz yarada, həm də onu tamamlaya bilən dekor elementi olduğunu göstərmək idi. Tamaşaçıların diqqətini çəkən əsas məqam onun zərifliyi və incəliyi oldu.

HONOR V Purse smartfonları gələcəyin konsepsiyasıdır. İdeyanın məğzi ondan ibarətdir ki, smartfon dəbin bir parçası olaraq müxtəlif geyimlərlə kombində istifadə edilər bilsin: texnologiyanın moda ilə vəhdəti.

Sərginin ikinci günündə isə HONOR-un Baş Direktoru George Zhao müxtəlif ölkələrdən olan jurnalistlərlə görüş keçirib. 1news.az-ın əməkdaşının HONOR-un Azərbaycan bazarındakı strategiyası ilə bağlı sualını cavablandırarkən cənab George qeyd edib ki, şirkətin vəzifəsi istehlakçı ilə ünsiyyət qurmaq və smartfonlar sahəsində biliklərini artırmaqdır.

“Azərbaycan bazarı üçün standart strategiya orta səviyyəli smartfon istehsal edib bazara təqdim etmək və reaksiyanı izləmək də ola bilərdi. Amma bizim strategiyamız istehlakçı ilə ünsiyyət qurmaq və onu maarifləndirməkdir. Daha dəqiq ifadə etsək, amalımız HONOR modellərində olan yeni xüsusiyyətləri təqdim etmək, ardınca isə modellər haqda bilgilərin artım səviyyəsinə uyğun olaraq yeni modellər hazırlayıb təqdim etməkdir”.

Öz növbəsində HONOR-un Marketinq üzrə Baş Direktoru Wang Qiang Azərbaycan nümayəndə heyəti ilə görüşdə HONOR smartfonlarının Azərbaycan bazarında payının kifayət qədər yüksək olduğunu qeyd edib.

“Biz genişlənməkdən məmnun olardıq, lakin əsas məqsədimiz insanlara xidmət etmək və real problem və suallara texniki həllər təklif etməkdir. Azərbaycan bazarı bizim üçün çox önəmlidir və biz burada məhsullarımızın bütün çeşidini təmsil edirik. Biz HONOR məhsulları üçün müsbət hesab olunan rəylər alırıq”.

Əlavə olaraq cənab Wang Qiang onu da deyib ki, HONOR Azərbaycanda rəsmi brend mağaza açmağı planlaşdırır.

Reklam hüququnda

Paylaş:
321

Son xəbərlər

Bütün xəbərlər