Naxçıvan Dövlət Universitetində yarım milyon manat vəsait bərpa edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvan Dövlət Universitetində yarım milyon manat vəsait bərpa edilib

12:57 - 06 / 09 / 2023
Naxçıvan Dövlət Universitetində yarım milyon manat vəsait bərpa edilib

Naxçıvan Dövlət Universitetində aparılmış auditin nəticələri üzrə Universitet rəhbərliyi tərəfindən bir sıra işlər həyata keçirilib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasından məlumat verilib.

Auditin nəticələri üzrə Hesablama Palatasının Kollegiyasının qəbul etdiyi qərarda yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə Universitetin rəhbərliyi tərəfindən bir sıra tədbirlərin həyata keçirildiyi, o cümlədən doldurulmadan diplomların doldurulması və qeydə alınması üzrə işlərin görüldüyü, təkrar imtahan vermək üçün kredit haqqı məbləğinin fənlər üzrə müəyyən olunduğu, 01 yanvar 2023-cü il tarixinə təqdim edilmiş təhsil haqqı üzrə 1701,0 min manat debitor və 35688,0 manat kreditor məbləğinin uçota alındığı, ümumilikdə 469,5 min manat məbləğində vəsaitin müvafiq qaydada, maddi məsul şəxsin öhdəsində olan çatışmayan və dəyəri göstərilməyən 15 adda 145 ədəd maddi qiymətlinin natura formasında bərpa edildiyi, 70,4 min manat dəyərində artıqgəlmənin uçota götürüldüyü nəzərə alınmışdır.

Paylaş:
316

Son xəbərlər

Bütün xəbərlər