Laçında yol qəzası olub, yaralılar helikopterlə Bakıya gətirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçında yol qəzası olub, yaralılar helikopterlə Bakıya gətirilib

16:49 - 07 / 09 / 2023
Laçında yol qəzası olub, yaralılar helikopterlə Bakıya gətirilib

Sentyabrın 7-də saat 08:30-da Laçın rayonu Ağanus kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, hadisə nəticəsində “Toyota” markalı avtomobildə olan “SOCAR” PETROLEUM QSC-yə məxsus podratçı şirkətin 3 nəfər əməkdaşı – Gözəlov Muxtar, İbiyev Məhəmməd və Qurbanov Anar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılara ilkin tibbi yardım göstərildikdən dərhal sonra Dövlət Sərhəd Xidmətinin tibbi helikopteri ilə həkimlərin nəzarəti altında Bakı şəhərinə təxliyəsi təmin edilib.

Paylaş:
418

Son xəbərlər

Bütün xəbərlər