Qubada həyətyanı sahədə 35 kq-dan artıq narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada həyətyanı sahədə 35 kq-dan artıq narkotik aşkarlanıb

10:05 - 07 / 09 / 2023
Qubada həyətyanı sahədə 35 kq-dan artıq narkotik aşkarlanıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayonun Barlı kənd sakini Rafiq Mirişov şübhəli şəxs kimi saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətyanı sahəsindən R.Mirişov tərəfindən xüsusi aqrotexniki qulluq göstərməklə yetişdirilən, ümumi çəkisi 35 kiloqramdan artıq quru və yaş halda çətənə (kannabis) kolları aşkar edilib. Aşkar edilən narkotik tərkibli bitkilər kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rafiq Mirişovun barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
345

Son xəbərlər

Bütün xəbərlər