Danimarka brendi ECCO-nun Azərbaycanda 3-cü mağazasının açılışı olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Danimarka brendi ECCO-nun Azərbaycanda 3-cü mağazasının açılışı olub – FOTO

12:24 - 08 / 09 / 2023
Danimarka brendi ECCO-nun Azərbaycanda 3-cü mağazasının açılışı olub – FOTO

Açılış mərasimində Danimarkanın Azərbaycandakı səfiri cənab Dani Annan, həmçinin ECCO-nun vitse-prezidenti cənab Piter Skot və “ECCO Russia”nın maliyyə direktoru cənab Marko Bossen iştirak ediblər.

Bakının Yasamal rayonu, Hüseyn Cavid prospekti 95A ünvanında yerləşən butik yeni dizaynda müştərilərin istifadəsinə verilib. İnteryerin dizayn edilməsində müasir təbii materiallardan - təbii daşdan, palıd ağacından və brendin öz dəri fabriklərindən əldə olunan dəridən istifadə olunub. Mağazada kişi, qadın və uşaq ayaqqabılarının, eləcə də aksesuarlarının aktual kolleksiyası təqdim edilir. 60 ildir ki, ECCO dünyanın ən yaxşı 3 ayaqqabı istehsalçısından biridir. ECCO kolleksiyalarının yaradılması zamanı maksimum komfort və keyfiyyətə nəzarət əsas meyarlar kimi götürülür.

"Biz təbiətdən ilham alırıq və onun gözəlliyini qorumaq üçün əlimizdən gələni edirik", - ECCO-nun mətbuat xidmətinin açıqlamasında deyilir.

1963-cü ildə təsis edildiyi gündən indiyədək ECCO dünyada istehsal və satışın bütün mərhələlərinə tam nəzarət edən yeganə şirkətdir. Fabriklərinin yüksək istehsal gücü sayəsində ECCO moda evlərinin ən böyük keyfiyyətli dəri tədarükçülərindən biridir. Şirkətin müştəriləri siyahısına bir neçə aparıcı lüks brend də daxildir.

Qeyd edək ki, bu, ECCO-nun Bakıda fəaliyyətə başlayan üçüncü mağazasıdır. İlk ECCO mağazası 2019-cu ilin oktyabrında Ü.Hacıbəyov 2 ünvanında, ikincisi isə 2020-ci ilin iyununda “Dəniz” ticarət mərkəzində açılıb.

Reklam hüququnda

Paylaş:
512

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər