Dəmir yolunu keçmək istəyən traktoru qatar vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Dəmir yolunu keçmək istəyən traktoru qatar vurub

15:54 - 09 / 09 / 2023
Dəmir yolunu keçmək istəyən traktoru qatar vurub

Bu gün saat 12:30 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus yük qatarı Osmanlı-Mürsəlli mənzilində hərəkətdə olarkən dəmiryol keçidini keçməyə cəhd edən traktor qatarın qarşısına çıxıb.

Bu barədə 1news.az-a ADY-dən məlumat verilib.

Toqquşma nəticəsində ağır xəsarət almış traktorun sürücüsü təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya aparılıb.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Paylaş:
364

Son xəbərlər

Bütün xəbərlər