MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

10:00 - 09 / 09 / 2023
MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Sentyabrın 9-u saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Paylaş:
328

Son xəbərlər

Bütün xəbərlər