Faktiki hava açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Faktiki hava açıqlanıb

16:01 - 11 / 09 / 2023
Faktiki hava açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 11-i saat 15:30-a olan məlumatına əsasən Şahbuz, Naftalan, Tərtər, Mingəçevir, İmişli, Yevlax, Göyçay, Beyləqan, Sabirabad, Cəfərxan, Hacıqabul, Lənkəran, Astara, Neftçala, Biləsuvarda leysan xarakterli yağış yağıb.

Xidmətdən 1news.az-a verilən xəbərə görə, hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 21 dərəcəyədək, Naxçıvan MR-da 24 dərəcəyədək, Aran rayonlarında 22 dərəcəyədək, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınıb.

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər