Bakı təhsil işçilərinin sentyabr konfransı keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı təhsil işçilərinin sentyabr konfransı keçirilib - FOTO

Qafar Ağayev12:16 - 11 / 09 / 2023
Bakı təhsil işçilərinin sentyabr konfransı keçirilib - FOTO

Sentyabrın 11-də Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.

1news.az xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, ali məktəb rektorları, nazirliyin və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, müəllimlər və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə çiçəklər düzüblər. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva 2022-2023-cü tədris ilində İdarənin fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, paytaxtda ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb.

İdarə müdiri növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələr barədə məlumat verib. Bildirib ki, məktəbəqədər təhsildə əhatəliliyin və keyfiyyətin artırılması, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal səriştələrin artırılması, XXI əsr bacarıqlarının inkişaf etdirilməsi və digər istiqamətlər əsas hədəflər sırasındadır.

M.Vəliyeva, həmçinin ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi kimi vacib missiyanın daşıyıcısı olan təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi işininin daha da təkmilləşdirilməsi, ibtidai siniflərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması və digər vacib istiqamətlərin də növbəti dərs ili üçün əsas məqsədlərdən olduğunu diqqətə çatdırıb.

BŞTİ müdiri bütün təhsil işçilərinə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb, ümummilli hədəflərə çatmaqda həlledici qüvvə olacaqlarına inandığını söyləyib.

Konfrans iştirakçılarını salamlayan elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib. Nazir ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların təhsil sektoruna müsbət təsirlərindən danışıb, təhsilin inkişafının dövlət siyasətində əsas prioritetlərdən biri olduğunu söyləyib.

E.Əmrullayev ötən tədris ilində əldə olunan nailiyyətlərdən, aparılan təhsil islahatlarından, mövcud problemlər və onların həlli istiqamətində atılan addımlardan söz açıb, perspektivdə nəzərdə tutulan məsələlərdən, yeni tədris ilinin əsas hədəflərindən bəhs edib.

Daha sonra təhsilverənlərin sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərən Bakı şəhəri 204 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Vəfa Rüstəmova, paytaxtdakı 247 nömrəli tam orta məktəbin XI sinif şagirdi, olimpiada qalibi Xədicə Hüseynli çıxış edərək öz uğur hekayələrindən danışıb, qarşıya qoyduqları məqsədlərdən söz açıblar.

Konfrans çərçivəsində nümunəvi fəaliyyətləri ilə seçilən təhsil müəssisələri və bir qrup təhsil işçisi təltif olunub. Həmçinin bu ilin dekabrında keçirilməsi nəzərdə tutulan, Ümummilli Liderin 100 illiyinə həsr olunmuş Azərbaycan müəllimlərinin növbəti-XVI qurultayı üçün paytaxtın təhsil müəssisələrindən seçilmiş nümayəndələr təqdim olunub.

Konfransda şagirdlər vətənpərvərlik mövzusunda bədii proqramla çıxış ediblər.

Paylaş:
333

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər