Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara maarifləndirici SMS-lər göndərir | 1news.az | Xəbərlər
Cəmiyyət

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara maarifləndirici SMS-lər göndərir

Qafar Ağayev17:28 - 12 / 09 / 2023
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara maarifləndirici SMS-lər göndərir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) son zamanlar “WhatsApp” və digər tətbiqlərdə istifadəçilərin hesablarının kütləvi şəkildə ələ keçirilməsi halları ilə bağlı mobil operatorlarla birgə vətəndaşlara maarifləndirici SMS-lər göndərir.

Bu barədə 1news.az-a Nazirlikdən məlumat verilib.

Bildirilir ki, qurum SMS-lər vasitəsilə vətəndaşları onlayn hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirməyə çağırır.

Müxtəlif tətbiq və platformalarda ikimərhələli təsdiqləməni aktivləşdirmək üçün təlimatlarla bu linkdə tanış olmaq mümkündür.

ETX gələcəkdə də vətəndaşlara mövcud kibertəhlükələr barədə məlumatlandırıcı və maarifləndirici SMS-lər göndərməyə davam edəcək.

Paylaş:
395

Son xəbərlər

Bütün xəbərlər