Arif Məlikovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub | 1news.az | Xəbərlər
Mədəniyyət

Arif Məlikovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub

15:23 - 13 / 09 / 2023
Arif Məlikovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub

Sentyabrın 13-də görkəmli bəstəkar, pedaqoq, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, akademik Arif Məlikovun (1933-2019) anadan olmasının 90-cı ildönümü tamam oldu.

Bu münasibətlə mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət və incəsənət xadimləri, nazirliyin məsul əməkdaşları, sənətkarın ailə üzvləri və digər qonaqlar I Fəxri xiyabanda sənətkarın məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Anım mərasimində çıxış edən Adil Kərimli Arif Məlikovun bənzərsiz yaradıcılığı ilə adını əbədi olaraq musiqi mədəniyyəti tariximizə yazdırdığını deyib. Bildirib ki, Ümummilli lider Heydər Əliyev bəstəkarın yaradıcılığını daim diqqətdə saxlayıb, yüksək qiymətləndirib. Prezident İlham Əliyev tərəfindən də Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi, sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində davamlı işlər görülüb və görülməkdədir. Prezident İlham Əliyevin görkəmli bəstəkarın xatirəsinin əbədiləşdirilməsi ilə əlaqədar 2019-cu ildə imzaladığı sərəncam bu diqqətin parlaq təzahürüdür.
Nazir diqqətə çatdırıb ki, görkəmli bəstəkarın 90 illik yubileydə geniş şəkildə qeyd olunacaq. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbəri olduğu Heydər Əliyev Fondunun dəstəyi ilə sənətkarın yubileyi həm də onun dünya klassik musiqisinin şah əsərlərindən sayılan “Məhəbbət əfsanəsi” baletinin yarım əsrdən sonra yenidən müəllifin vətənində səhnəyə qoyulması ilə əlamətdar olacaq. Dünyanın bir sıra böyük səhnələrini fəth edən bu möhtəşəm balet nümunəsi 18-19 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Sarayında nümayiş olunacaq.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə deyib ki, Arif Məlikov görkəmli bəstəkar olmaqla yanaşı, həmçinin rəssam, pedaqoq və ictimai xadim idi: “Arif Məlikov SSRİ Ali Sovetinin deputatı kimi Azərbaycan xalqının haqq işinin dəstəklənməsinə də böyük töhfələr verib. Onun bütün janrlarda əsərləri var. Məni çox sevindirən odur ki, bu gün təhsil ocaqlarında Arif Məlikovun əsərləri tədris edilir. Arif Məlikov gözəl tələbələr yetişdirib, özündən sonra böyük irs qoyub”.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli vurğulayıb ki, Arif Məlikov böyük bəstəkar olmaqla yanaşı, həm də böyük şəxsiyyət idi: “O, xasiyyətcə sərt adam idi, çox insan ona görə ondan inciyirdi. Amma o, həqiqətləri insanların üzünə deyirdi. Ümidvaram ki, onun yetirmələri balet janrını da davam etdirəcəklər”.
Xatırladaq ki, Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olub. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) bəstəkarlıq ixtisası (Qara Qarayevin sinfi) üzrə təhsil alıb. 1960-cı illərdən bu tədris ocağında müəllim, 1979–1986-cı illərdə professor və 1986-cı ildən ömrünün sonunadək Bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışıb.
Arif Məlikovun simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə daimi yer tutub. Bəstəkarın “Məhəbbət əfsanəsi” baletinin isə dünyanın tanınmış teatr səhnələrində yarım əsrdən artıq bir dövrdə tamaşaya qoyulması musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir.
Ölkəmizdə musiqiçi kadrların yetişdirilməsinə mühüm töhfələr verən görkəmli bəstəkar 2019-cu il mayın 9-da vəfat edib.

Paylaş:
393

Son xəbərlər

İcma: Ermənistan əgər sülhdə maraqlıdırsa, Azərbaycana qarşı yönəlmiş təxribatçı addımların qarşısını almalıdırBu gün, 13:44Temperatur 3-6 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQBu gün, 13:38Qaradağda avtomobil yolları əsaslı təmir ediləcək - SƏRƏNCAMBu gün, 13:25Restoranlarda oğurluq edən əcnəbi saxlanılıbBu gün, 13:22Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları üçün nə qədər xidmət göstərilib?Bu gün, 13:08Ötən həftə 533 hektar ərazi mina və PHS-lərdən təmizlənibBu gün, 12:59İlham Əliyev AAYDA-ya 1,7 milyon manat ayırdıBu gün, 12:50Sabah qar, yağış yağacaq - ProqnozBu gün, 12:44Prezident İlham Əliyev Gürcüstan parlamenti sədrini qəbul edib - FOTOBu gün, 12:33​ Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıbBu gün, 12:08Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi? – STM nəticələri açıqladıBu gün, 12:04Qızılca orqanizmdə hansı fəsadları yarada bilər? - İnfeksionist ilə MÜSAHİBƏBu gün, 11:48İstehlakçılara 11 ayda geri qaytarılan ƏDV məbləği açıqlandıBu gün, 11:35Bakıda Üzeyir Hacıbəyov küçəsində obyektdə yanğın olubBu gün, 11:25Azərbaycana idxal edilən körpə qidalarına dair yeni tələb müəyyənləşibBu gün, 11:09Bağçalarda işləyənlərin təhsili ilə bağlı yenilik - Nazir AÇIQLADIBu gün, 11:00Bakıda qanunsuz tikililər sökülüb - FOTO - VİDEOBu gün, 10:54Sosial sığorta haqlarının subsidiyalaşdırılacaq - Nazirlər Kabinetindən QƏRARBu gün, 10:49DTX-də müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılanlar hərbi qeydiyyata alınacaqlarBu gün, 10:33“Bakı İlahiyyat Kolleci” yaradılıbBu gün, 10:27
Bütün xəbərlər

Next TV