Türkiyədə şaxtada çökmə baş verib - FOTO | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə şaxtada çökmə baş verib - FOTO

Ayşən İsmayılova17:05 - 13 / 09 / 2023
Türkiyədə şaxtada çökmə baş verib - FOTO

Zonquldakın Ereğli rayonunda şaxtada çökmə baş verib.

1news.az Zonguldak valisi ilk açıqlamasında şaxtada 280 nəfərin olduğunu, çökmə nəticəsində 4 nəfərin zərər çəkdiyini, 1 nəfərin sağ-salamat xilas edildiyini, 1 nəfərin ağır yaralandığını, 2 nəfərdən isə səsin gəldiyini bildirərək xilasetmə işlərinin başladığını açıqlayıb.

"Uçqun altında işçilər olduğu xəbərini eşidəndən sonra polis, jandarma, təcili yardım və xilasetmə qrupları hadisə yerinə göndərilib” - deyə isə AFAD açıqlamasında bildirib.

Paylaş:
554

Son xəbərlər

Bütün xəbərlər