Bakıda azyaşlılara narkotik verilməsi barədə görüntülər araşdırılıb - DİN | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda azyaşlılara narkotik verilməsi barədə görüntülər araşdırılıb - DİN

Qafar Ağayev17:36 - 13 / 09 / 2023
Bakıda azyaşlılara narkotik verilməsi barədə görüntülər araşdırılıb - DİN

Sosial şəbəkələrdə Biləcəri qəsəbəsində azyaşlılara narkotik vasitə verilməsi ilə bağlı paylaşılan görüntülər araşdırılıb.

Bu barədə 1news.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məlumat verib.

Onun sözlərinə görə, görüntülərdə əks olunan şəxsin azyaşlıya narkotik maddə təklif etməsi iddiası əsassızdır:

"Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır. Aşkar olunan faktlarla bağlı ictamaiyyətin məlumatlandırılması təmin edilir".

Paylaş:
414

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər