Böyük Britaniya səfiri: Ağdam-Xankəndi yolunun açılmasını alqışlayıram | 1news.az | Xəbərlər
Cəmiyyət

Böyük Britaniya səfiri: Ağdam-Xankəndi yolunun açılmasını alqışlayıram

17:40 - 13 / 09 / 2023
Böyük Britaniya səfiri: Ağdam-Xankəndi yolunun açılmasını alqışlayıram

"Ağdam-Xankəndi yolundan Qarabağdakı ermənilərə humanitar yardım aparan Rusiya Qızıl Xaç Cəmiyyətinə məxsus yük maşının keçidini alqışlayırıq".

1news.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" hesabında yazıb.

"Növbəti addım kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ağdam-Xankəndi və Laçın yolundan istifadə edərək Qarabağa humanitar yardımları çatdırmasını dəstəkləyirik",- diplomat bildirib.

Paylaş:
377

Son xəbərlər

Bütün xəbərlər