Rusiya ABŞ səfirliyinin əməkdaşlarını ölkədən çıxarır | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiya ABŞ səfirliyinin əməkdaşlarını ölkədən çıxarır

17:19 - 14 / 09 / 2023
Rusiya ABŞ səfirliyinin əməkdaşlarını ölkədən çıxarır

Rusiya ABŞ-nin Moskvadakı səfirliyinin iki əməkdaşını “persona non grata” (“arzuolunmaz şəxs”) elan edib.

1news.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən şəxslər səfirliyin birinci və ikinci katibləridir.

Onlar 7 sutka ərzində Rusiyanı tərk etməlidirlər.

“ABŞ-nin Moskvadakı səfirliyinin Rusiyanın daxili işlərinə müdaxiləsi yolverilməzdir və bunların qarşısı qətiyyətlə alınacaq”, - deyə Rusiya XİN-in yaydığı məlumatda qeyd olunub.

Həmçinin bildirilir ki, ABŞ-nin ölkədəki səfiri Linn Treysi məsələ ilə bağlı Rusiya XİN-ə çağırılıb və etiraz notası verilib.

Paylaş:
182

Son xəbərlər

Bütün xəbərlər