I sinif və məktəbəhazırlıq qruplarına qəbul dayandırılır

Bu gündən I siniflərə və məktəbəhazırlıq qruplarına qəbul dayandırılır.
1news.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin (ETN) valideynlərə müraciətində bildirilib.
“2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu 14 sentyabr saat 18:00-da yekunlaşacaq.
Qeyd edilən tarixdən etibarən mektebeqebul.edu.az elektron sistemi bağlanacaq”, - məlumatda qeyd olunub.
364