Qəzada həlak olan hərbçilərimizə şəhid statusu veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəzada həlak olan hərbçilərimizə şəhid statusu veriləcək

10:33 - 14 / 09 / 2023
Qəzada həlak olan hərbçilərimizə şəhid statusu veriləcək

Ötən gün yol qəzasında həlak olan Azərbaycan ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğluna şəhid statusu veriləcək.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, qəza nəticəsində həyatlarını itirən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hərbi hissə tərəfindən təqdim ediləcək bildiriş əsasında şəhidlik statusu veriləcək.

Paylaş:
453

Son xəbərlər

Bütün xəbərlər