Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür

11:00 - 14 / 09 / 2023
Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür

XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib.

Onun poeziya aləmi mövzu baxımından genişdir və əsərləri məna qüdrətini bu gün də qoruyub saxlayır. Şairin təbii və canlı dili ilə seçilən əsərlərində həyatın öz nəfəsi duyulur. Təsadüfi deyil ki, Hüseyn Arifin şeirləri çox zaman mahnı mətninə çevrilib. O, Vətən, ana torpaq, övlad məhəbbəti kimi bəşəri dəyərləri heç kimə bənzəməyən tərzdə ifa edib.

1news.az xəbər verir ki, bu gün Dövlət mükafatı laureatı, Xalq şairi , XX yüzil Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arifin vəfatından 31 il ötür.

Hüseyn Hüseynzadə 1924-cü il iyunun 15-də Qazaxın Yenigün kəndində (kənd hazırda Ağstafa rayonunun tərkibindədir) doğulub.

Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlayan şairin librettosu əsasında hazırlanan “Azad” tamaşası 1957-ci ildə Opera və Balet Teatrında, “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub. 1971-ci ildə “Dağ̆ kəndi” poemasına görə “Qızıl oraq” mükafatına layiq görülüb. Əsərləri keçmiş̧ SSRİ və bir sıra xarici ölkə xalqlarının dilinə çevrilib. Şairlərinə musiqilər bəstələnib. 1976-cı ildə Sarayevo Beynəlxalq Poeziya Günlərinin, 1979-cu ildə Liviyada “SSRİ Günləri”nin iştirakçısı olub. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, “Azərnəşr”in Bədii Ədəbiyyat redaksiyasında böyük redaktor, “Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri və Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində çalışıb.

Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsinə əsaslanan, epos təfəkkürünü, etnoqrafik yaddaşı geniş əks etdirən zəminində dəyərli əsərlər yazıb. O, təbiət mövzusunda yazdığı əsərləri ilə oxucunu ana təbiəti duymağa, qorumağa, doğma torpağın qədrini bilməyə çağırır. Həmişə xalqın içində olan şairin əsas qayəsi, Vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olub.

Hüseyn Arif o məşhur insanlardandır ki, adı ilə bağlı çoxlu lətifələr, baməzə əhvalatlar dolaşır, hətta belə lətifə və əhvalatların toplandığı kitab nəşr olunub, lakin bütün baməzə düzməcələr və olmuş əhvalatlar onun şair ciddiliyini nəinki zədələmiş, əksinə, onu xalqa daha da yaxınlaşdırır, olduğu səmimiyyətlə ona xalq sevgisi qazandırır.

1992-ci il sentyabrın 14-də Bakıda vəfat edən Xalq şairi, doğulduğu kənddə nakam oğlunun yanında dəfn olunub.

Şairin vaxtı ilə Bakıda yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Xırdalan şəhərindəki, Ağstafadakı küçələrdən biri, habelə Ağstafa şəhərindəki Uşaq Musiqi Məktəbi Hüseyn Arifin adını daşıyır. 2010-cu ildə “Mən Hüseyn Arifəm...” adlı film çəkilib. Adına çoxlu şeirlər, şeirlərinə nəzirələr yazılıb, yaradıcılığı ədəbi-elmi yazıların, tədqiqat əsərlərinin mövzusu olub.

Onun yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz önəmini qoruyub saxlayır, xalqımız, dilimiz yaşadıqca Hüseyn Arif poeziyası da yaşayacaq, seviləcək, öyrəniləcəkdir.

Paylaş:
322

Son xəbərlər

Restoranlarda oğurluq edən əcnəbi saxlanılıbBu gün, 13:22Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları üçün nə qədər xidmət göstərilib?Bu gün, 13:08Ötən həftə 533 hektar ərazi mina və PHS-lərdən təmizlənibBu gün, 12:59İlham Əliyev AAYDA-ya 1,7 milyon manat ayırdıBu gün, 12:50Sabah qar, yağış yağacaq - ProqnozBu gün, 12:44Prezident İlham Əliyev Gürcüstan parlamenti sədrini qəbul edib - FOTOBu gün, 12:33​ Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıbBu gün, 12:08Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi? – STM nəticələri açıqladıBu gün, 12:04Qızılca orqanizmdə hansı fəsadları yarada bilər? - İnfeksionist ilə MÜSAHİBƏBu gün, 11:48İstehlakçılara 11 ayda geri qaytarılan ƏDV məbləği açıqlandıBu gün, 11:35Bakıda Üzeyir Hacıbəyov küçəsində obyektdə yanğın olubBu gün, 11:25Azərbaycana idxal edilən körpə qidalarına dair yeni tələb müəyyənləşibBu gün, 11:09Bağçalarda işləyənlərin təhsili ilə bağlı yenilik - Nazir AÇIQLADIBu gün, 11:00Bakıda qanunsuz tikililər sökülüb - FOTO - VİDEOBu gün, 10:54Sosial sığorta haqlarının subsidiyalaşdırılacaq - Nazirlər Kabinetindən QƏRARBu gün, 10:49DTX-də müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılanlar hərbi qeydiyyata alınacaqlarBu gün, 10:33“Bakı İlahiyyat Kolleci” yaradılıbBu gün, 10:27Muxtar Babayev Dubayda Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini ilə görüşdüBu gün, 10:21Milli Məclisin deputatları Moskvada beynəlxalq konfransda iştirak edəcəklərBu gün, 10:15DİN ötən gün 62 nəfəri saxladı - SƏBƏBBu gün, 10:05
Bütün xəbərlər

Next TV