“Azeronline” yeni dərs ili münasibətilə “Azeronline”a qoşulmağa 1 AZN yetər!” kampaniyasına start verir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azeronline” yeni dərs ili münasibətilə “Azeronline”a qoşulmağa 1 AZN yetər!” kampaniyasına start verir

11:05 - 14 / 09 / 2023
“Azeronline” yeni dərs ili münasibətilə “Azeronline”a qoşulmağa 1 AZN yetər!” kampaniyasına start verir

Yeni dərs ilinə hazırlaşan ailələr “Azeronline LTD” BM-nin təqdim etdiyi “Azeronline”a qoşulmağa 1 AZN yetər!” kampaniyasından yararlanmaq fürsəti əldə edirlər.

Əhalinin sosial rifahını, məktəb xərclərini, xüsusən də, məktəblilərin qlobal şəbəkəyə çıxış tələbatını nəzərə alaraq yüksəksürətli internet xidmətinə qoşulma imkanını çox sərfəli şərtlərlə təklif edirik. Belə ki, 4-22 sentyabr tarixlərində kampaniya çərçivəsində bir sıra ərazilərdə xidmətə qoşulan abonentlərin həm qoşulma, həm də ilk ayın xidmət haqqı üçün ödəyəcəyi məbləğ cəmi 1 AZN təşkil edir. Həmçinin abonent xidmətdən istifadə üçün zəruri olan avadanlıqla da ödənişsiz təmin olunur. Növbəti ayın xidmət haqqı ödənişi isə seçilmiş tarifə uyğun həyata keçiriləcək. Kampaniya Bakı şəhəri, Hövsan Südçülük sovzoxu, Albalılıq, Savalan, Zabrat, Yeni Ramana, Binə Atçılıq və Müşfiq qəsəbələrini əhatə edir. Arzu edən şəxslər ONLAYN QEYDİYYAT formasını dolduraraq təklifdən asanlıqla yararlana bilərlər.

Tədris ili boyunca informasiya və kommunikasiya texnologiyaları vasitələrindən geniş istifadə müasir təhsil proqramlarının ayrılmaz tərkib hissəsidir. İstər məktəbdə, istərsə də ev tapşırıqlarının hazırlanmasında məktəblilər bu vasitələrə mütəmadi müraciət edirlər. Bu səbəbdən müasir cihaz və yüksəksürətli internet təminatı məktəblilərin mütəşəkkil təhsili və uğurlu gələcəyi üçün mühüm rol oynayır. GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə) üzərindən yüksəksürətli internet xidmətinin mövcud olması yeni dərs ilində məktəblilərin də hədsiz köməyinə çatacaq.

“Azeronline”ın təklif etdiyi etibarlı internet bağlantısı xüsusi üstünlükləri ilə digərlərindən fərqlənir. Bunlar sürətli quraşdırma, kəsintisiz internet təminatı və etibarlı bağlantıdan ibarətdir. Aylıq abunə haqqı müştərinin seçdiyi tarif paketindən asılı olaraq 18 AZN-dən başlayır.

Qeyd edək ki, GPON texnologiyası ilə fiber-optik internetə qoşulmaq və digər xidmətlərə dair daha ətraflı məlumat əldə etmək üçün 8220 və ya şəhər nömrələrindən 450 2020 nömrəsinə zəng etmək kifayətdir. Həmçinin sürətli və kəsintisiz internetə qoşulmaq istəyən hər kəs ONLAYN QEYDİYYAT səhifəsində qeydiyyatdan keçməklə qısa zamanda optik internet istifadəçisinə çevrilə bilər.

Şirkət haqqında

“Azeronline LTD” BM ölkənin yüksəksürətli internet və genişzolaqlı xidmətlərlə təmin edilməsi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Onlayn Azərbaycan” layihəsinə öz töhfəsini verməkdə davam edir.

“Azeronline LTD” BM 1999-cu il 29 dekabr tarixində “Azercell Telekom” BM tərəfindən təsis edilib. 100000-dən çox müştəri bazasına malik olan şirkətin müştəriləri arasında iri şirkətlər, banklar, eləcə də dövlət qurumları yer almaqdadır.

Reklam hüququnda

Paylaş:
399

Son xəbərlər

Bütün xəbərlər