Bakıda Beynəlxalq Astronavtika Konqresi üçün sərgidə 36 ölkə təmsil olunacaq
“Heydər Əliyev Mərkəzi və Konqres Mərkəzinin ortasında Beynəlxalq Astronavtika Konqresi üçün sərgi pavilyonu quraşdırılır”.
1news.az xəbər verir ki, bunu Beynəlxalq Astronavtika Konqresinin layihə rəhbəri Rəna Cəfərova “74-cü Beynəlxalq Astronavtika konqresinin” media brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, müvəqqəti sərgi Mərkəzinin inşası sürətlə davam edir.
“2-6 oktyabr çərçivəsində adıçəkilən hər üç bina fəaliyyət göstərəcək. Sərgi pavilyonunun ümumi ərazisi 7800 kvadratmetrdir. Onun təxminən 4250 kvadratmetrlik hissəsində stendlər qoyularaq satışlar həyata keçiriləcək.
Stendlərdə 36 ölkənin təmsilçisiləri olacaq”.
240