Rəna Cəfərova: “Bakıya 20-dən çox astronavt gələcək”
“Bakıda keçiriləcək bu 74-cü Beynəlxalq Astronavtika Konqresinin elmi, biznes, mədəni hissəsi çox maraqlıdır”
1news.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Astronavtika Konqresinin layihə rəhbəri Rəna Cəfərova 74-cü Beynəlxalq Astronavtika Konqresinin brifinqində çıxışı zamanı deyib.
“Oktyabrın 2-də artıq konqresin rəsmi açılış mərasimi olacaq. Konqresdə paralel olaraq hər il əlaqəli tədbirlər də həyata keçirilir. Bunlara misal olaraq qeyd edə bilərik ki, 29 sentyabr tarixində BMT-nin birgə seminarı nəzərdə tutulub. Oktyabrın 1-də nazirlər və parlament üzvlərinin beynəlxalq görüşü keçiriləcək”.
O, bildirib ki, konqres çərçivəsində Azərbaycana ABŞ, Almaniya, İtaliya, Rusiya, Kanada, Yaponiya və digər ölkələrdən 20-dən çox astronavtın səfəri planlaşdırılıb.
“Eləcə də, astronavtlarla bağlı xüsusi tədbir də gözlənilir ki, bu, ilk dəfə Azərbaycanda baş tutacaq”.
“Keçən il bu konqres Parisdə olub. Bu il Azərbaycanda, gələn il İtaliyada, 2025-ci ildə isə Avstraliyada keçiriləcək. Belə bir konqresin Azərbaycanda keçirilməsi qürurvericidir”, - deyə Rəna Cəfərova qeyd edib.