Əməkdar artist Elxan Qasımovun xatirə gecəsi keçiriləcək | 1news.az | Xəbərlər
Mədəniyyət

Əməkdar artist Elxan Qasımovun xatirə gecəsi keçiriləcək

15:57 - 15 / 09 / 2023
Əməkdar artist Elxan Qasımovun xatirə gecəsi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə sentyabrın 16-da saat 17:00-da Nizami Kino Mərkəzinin kiçik zalında tanınmış incəsənət xadimi, Əməkdar artist Elxan Qasımovun xatirə gecəsi keçiriləcək.

Tanınmış mədəniyyət və incəsənət xadimlərinin, kinematoqrafçıların və kinosevərlərin iştirak edəcəyi tədbirdə Elxan Qasımov haqqında video-çarx nümayiş olunacaq, sənət yoldaşları E.Qasımovun həyat və yaradıcılığı ilə bağlı fikirlərini və xatirələrini bölüşəcəklər.

Qeyd edək ki, Elxan Qasımov 1945-ci ildə Naxçıvanda anadan olub. 1962-1966-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq, 1973-1978-ci illərdə isə Leninqrad DTMKİ-nun Rejissorluq fakültəsində təhsil alıb.

1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında çalışan və “Əhməd haradadır?” bədii filmində sürücü Əhməd obrazı ilə tamaşaçıların sevgisini qazanan E.Qasımov “Onu bağışlamaq olarmı?”, “Bizim küçə”, “İnsan məskən salır”, “O qızı tapın”, “Axırıncı aşırım”, “Qatır Məmməd”, “Ad günü”, “İstintaq”, “Otel otağı” və s. bədii filmlərdə aktyor kimi yaddaqalan obrazlar yaratmış, “Köhnə bərə”, “Nizami Gəncəvi”, “Müstəqilliyin keşiyində”, “Uçurum üzərində cığır”, “Biz qayıdacağıq”, “Böyük anda sadiqik”, “Ürək yaddaşı”, “Qocalar, qocalar” və s. bədii və sənədli filmlərin rejissoru olmuşdur.

2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artist”i fəxri adına layiq görülən E.Qasımov 29 may 2023-cü ildə Bakıda vəfat edib.

Paylaş:
360

Son xəbərlər

Ağstafada saxta içkilər istehsal edən müəssisə aşkarlanıbBu gün, 11:40FHN: Ötən sutka ərzində 32 halda yanğına çıxış olubBu gün, 11:17Lənkaranda istehlaka yararsız ət məhsulları aşkarlanıbBu gün, 11:11M.Ə.Rəsulzadə qəsəbəsində görüş keçirilib - FOTOBu gün, 11:0224 noyabrda Bakı metrosunda rekord sayda sərnişib daşınıbBu gün, 10:59Binədə evdən 10 min manatlıq avadanlıq oğurlanıbBu gün, 10:42Xızı polisi 7 ədəd sənədsiz silahı təhvil götürübBu gün, 10:20Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilibBu gün, 10:05FHN yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı - SƏBƏBBu gün, 10:05“Muğan Bank”ın əmanətçilərinə iki gündə ödənilən kompensasiyanın məbləği açıqlandıBu gün, 09:45Azərbaycan nefti bahalaşıbBu gün, 09:34Zəngilanda top mərmiləri tapılıbBu gün, 09:22AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:14Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:08Beynəlxalq axtarışda olan şəxs Livanda tutularaq Azərbaycana ekstradisiya edilibBu gün, 09:06Laçının daha 63 sakini doğma yurda yola salındı - FOTOBu gün, 09:00Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə edilir - SİYAHIBu gün, 08:55Türkmənistana işgüzar səfər çərçivəsində görüşlər keçirilib - FOTO28 / 11 / 2023, 19:28DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək28 / 11 / 2023, 17:56Azərbaycan və Özbəkistan QHT-ləri arasında Anlaşma Memorandumu imzalanıb28 / 11 / 2023, 17:50
Bütün xəbərlər

Next TV