Bakıda qəbiristanlıqda gizlədilən minaatan, qumbara və xeyli sursat tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qəbiristanlıqda gizlədilən minaatan, qumbara və xeyli sursat tapılıb

16:44 - 16 / 09 / 2023
Bakıda qəbiristanlıqda gizlədilən minaatan, qumbara və xeyli sursat tapılıb

Bakıda qəbiristanlıqda silah-sursat tapılıb.

1news.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla üzərindən narkotik vasitə aşkarlanan Bakı şəhər sakini F.Ağaməmmədovun rayon ərazisindəki qəbiristanlıqda gizlətdiyi 1 ədəd “RPQ-78” minaatan, 1 ədəd “F-1” qumbarası, 1 ədəd alışdırıcı və 758 ədəd patron aşkar olunaraq götürülüb.

Paylaş:
428

Son xəbərlər

Bütün xəbərlər