Naxçıvan Olimpiya İdman Kompleksinin direktoru işdən azad olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvan Olimpiya İdman Kompleksinin direktoru işdən azad olunub

17:05 - 16 / 09 / 2023
Naxçıvan Olimpiya İdman Kompleksinin direktoru işdən azad olunub

Naxçıvan şəhəri İlham Əliyev adına Olimpiya İdman Kompleksinin direktoru işdən azad olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini, nazirin vəzifələrini icra edən Məcid Seyidov əmr imzalayıb. Əmrə əsasən, kompleksin direktoru Faiq Hacıyev öz ərizəsi əsasında işdən azad olunub.

Digər əmrlə Olimpiya İdman Kompleksinin direktoru vəzifələr müvəqqəti olaraq müavin Ramin Talıbova həvalə olunub.

Paylaş:
354

Son xəbərlər

Bütün xəbərlər