Akademik Milli Dram Teatrında yeni teatr mövsümünün açılışı olub | 1news.az | Xəbərlər
Mədəniyyət

Akademik Milli Dram Teatrında yeni teatr mövsümünün açılışı olub

12:22 - 16 / 09 / 2023
Akademik Milli Dram Teatrında yeni teatr mövsümünün açılışı olub

Akademik Milli Dram Teatrında “Qarabağnamə” tamaşası ilə yeni teatr mövsümünün açılışı olub.

Teatrın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış tamaşanın nümayişindən əvvəl Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə teatrın yaradıcılıq planları haqqında danışıb. Bildirilib ki, ənənəvi olaraq Akademik Milli Dram Teatrında mövsümün açılış və bağlanış mərasimləri "Qarabağnamə" tamaşası ilə olur.

M.Ələkbərzadə diqqətə çatdırıb ki, növbəti teatr mövsümünün açılışında "Qarabağnamə" tamaşası yeni quruluşda təqdim olunacaq. Bu ilin dekabrın sonuna qədər isə üç yeni tamaşanın premyerası keçiriləcək. Bunlar "Dantenin yubileyi", "Sənsiz" və "Əsrə bərabər Gün" tamaşalarıdır.

Sonra “Qarabağnamə” tamaşası təqdim olunub.

Quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov olan tamaşada XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə həyatından bəhs olunur.

Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Aslan Şirin, Elnar Qarayev, Əminə Babayeva, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Ləman İmanova, Cavidan Novruz, Firuzə Balayeva, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Elsevər Rəhimov və Tural İbrahimov canlandırıblar.

Səhnə əsərinin quruluşçu rəssamı İsmayıl Məmmədov, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Tamaşada Xalq artistləri Polad Bülbüloğlu və Vasif Adıgözəlovun əsərlərindən istifadə olunub.

Qeyd edək ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb və 1997-ci il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyev Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib. Tamaşaya baxdıqdan sonra yaradıcı heyətlə görüşdə Heydər Əliyev əsəri yüksək qiymətləndirib, onun təbliğinin vacibliyini bildirib.

Paylaş:
338

Son xəbərlər

Qaradağda avtomobil yolları əsaslı təmir ediləcək - SƏRƏNCAMBu gün, 13:25Restoranlarda oğurluq edən əcnəbi saxlanılıbBu gün, 13:22Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları üçün nə qədər xidmət göstərilib?Bu gün, 13:08Ötən həftə 533 hektar ərazi mina və PHS-lərdən təmizlənibBu gün, 12:59İlham Əliyev AAYDA-ya 1,7 milyon manat ayırdıBu gün, 12:50Sabah qar, yağış yağacaq - ProqnozBu gün, 12:44Prezident İlham Əliyev Gürcüstan parlamenti sədrini qəbul edib - FOTOBu gün, 12:33​ Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıbBu gün, 12:08Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi? – STM nəticələri açıqladıBu gün, 12:04Qızılca orqanizmdə hansı fəsadları yarada bilər? - İnfeksionist ilə MÜSAHİBƏBu gün, 11:48İstehlakçılara 11 ayda geri qaytarılan ƏDV məbləği açıqlandıBu gün, 11:35Bakıda Üzeyir Hacıbəyov küçəsində obyektdə yanğın olubBu gün, 11:25Azərbaycana idxal edilən körpə qidalarına dair yeni tələb müəyyənləşibBu gün, 11:09Bağçalarda işləyənlərin təhsili ilə bağlı yenilik - Nazir AÇIQLADIBu gün, 11:00Bakıda qanunsuz tikililər sökülüb - FOTO - VİDEOBu gün, 10:54Sosial sığorta haqlarının subsidiyalaşdırılacaq - Nazirlər Kabinetindən QƏRARBu gün, 10:49DTX-də müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılanlar hərbi qeydiyyata alınacaqlarBu gün, 10:33“Bakı İlahiyyat Kolleci” yaradılıbBu gün, 10:27Muxtar Babayev Dubayda Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini ilə görüşdüBu gün, 10:21Milli Məclisin deputatları Moskvada beynəlxalq konfransda iştirak edəcəklərBu gün, 10:15
Bütün xəbərlər

Next TV