Zaqatalada sel sularının ziyan vurduğu körpüdə hərəkət bərpa olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada sel sularının ziyan vurduğu körpüdə hərəkət bərpa olunub

Qafar Ağayev15:07 - 18 / 09 / 2023
Zaqatalada sel sularının ziyan vurduğu körpüdə hərəkət bərpa olunub

Zaqatala rayonunun Qazangül qəsəbəsində daxili yol üzərində yerləşən və sel suları nəticəsində yanaşma hissəsi yuyulan körpüdə bərpa işləri aparılaraq hərəkət təmin olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi sözügedən yolun və körpünün agentliyin balansında olmamasına baxmayaraq, dərhal əraziyə agentliyin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Hazırda Zaqatala rayonu ərazisində yollarda sel suları nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Paylaş:
396

Son xəbərlər

Bütün xəbərlər