“Ovçuluq haqqında” Qanunda dəyişikliklər edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ovçuluq haqqında” Qanunda dəyişikliklər edilir

Qafar Ağayev16:40 - 19 / 09 / 2023
“Ovçuluq haqqında” Qanunda dəyişikliklər edilir

Sentyabrın 19-da Milli Məclisin Aqrar siyasət komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

1news.az xəbər verir ki, komitə sədri Tahir Rzayev 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini xatırladıb və Ulu Öndərə ümumxalq məhəbbətinin sonsuz və tükənməz olduğunu vurğulayıb.

Əvvəlcə iclas iştirakçıları Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Tahir Rzayev bildirib ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib. Bunlar 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat, komitənin 2023-cü il payız sessiyası üçün iş planının layihəsi və “Ovçuluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsidir (birinci oxunuş).

Komitə sədri ötən sessiyalarda Aqrar siyasət komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Deyib ki, hesabat dövründə komitənin 10 iclası keçirilib, 23 məsələyə baxılıb.

Diqqətə çatdırılıb ki, Milli Məclisin yaz və növbədənkənar sessiyaları ərzində komitənin ünvanına daxil olan məktub, təklif, ərizə və şikayətlərlə bağlı müvafiq tədbirlər görülüb.

Komitənin qarşıdakı sessiya üçün iş planı ilə bağlı bildirilib ki, layihədə komitəyə daxil olacaq qanun layihələrinin və digər sənədlərin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub. Həmçinin Vətən müharibəsi şəhidlərinin ailələrinin ziyarəti, qazilərlə, müharibə iştirakçıları ilə, seçicilərlə görüşlər və digər tədbirlər nəzərdə tutulub.

Gündəliyin sonuncu məsələsi ilə bağlı komitə sədri bildirib ki, “Ovçuluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Azərbaycan ərazisində ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili, onların fəaliyyətinin effektli həyata keçirilməsi, ovçuluq fəaliyyəti ilə bağlı sahəni tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Məsələlərin müzakirəsində deputatlar Cavanşir Paşazadə, Novruzəli Aslanov, Azər Badamov, İqbal Məmmədov, Aydın Hüseynov, Müşfiq Cəfərov çıxış edib, rəy və təkliflərini bildiriblər.

Komitə üzvləri 2023-cü ilin yaz və növbədənkənar sessiyaları ərzində Aqrar siyasət komitəsində görülmüş işləri qənaətbəxş sayıblar, qarşıdakı payız sessiyası üçün komitənin iş planını təsdiqləyiblər, “Ovçuluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Paylaş:
76

Son xəbərlər

Səhra hospitalı qurmaq üçün FHN-in 53 avtomobili Ağdamdan Xocalıya yola düşüb - FOTOBu gün, 14:51Azərbaycan sərhədçiləri Ruben Vardanyanı saxladı, Bakıya gətirilib - FOTOBu gün, 14:40Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edibBu gün, 14:37Türkiyə XİN Xankəndidəki partlayışla bağlı başsağlığı veribBu gün, 14:21Son bir ayda Azərbaycanda POS-terminalların sayı kəskin azalıbBu gün, 13:58Zaxarova Makronu xəyalpərəst adlandırıbBu gün, 13:53Ceyhun Bayramov: 3 il ərzində Ermənistan Azərbaycanın uzatdığı əli geri itələdiBu gün, 13:48Binəli Yıldırım Azərbaycan xalqına başsağlığı veribBu gün, 13:45XİN rəhbəri: Azərbaycan Ordusu antiterror tədbirləri zamanı ancaq hərbi hədəfləri məhv edibBu gün, 13:36Nazir: Antiterror tədbirləri zamanı şəhid olan hərbçilərlə bağlı sosial təminatlar vaxtında icra olunacaqBu gün, 13:26Zəfər parkı doqquz hektardan çox ərazini əhatə edəcəkBu gün, 13:05BMT-nin Azərbaycandakı nümayəndəliyi: “BMT Cənubi Qafqazda davamlı sülh üçün işləməyə sadiqdir”Bu gün, 12:48İlham Əliyev və Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar - FOTOBu gün, 12:33Azərbaycan FHN-in nəqliyyat vasitələri və heyəti Ağdam yolu ilə Xankəndiyə yola düşüb - FOTOBu gün, 12:27Sabah 30 dərəcə isti olacaq - PROQNOZBu gün, 12:13Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - FOTOBu gün, 12:02ABŞ-ın Azərbaycandakı səfirliyi Anım Günü münasibətilə paylaşım edibBu gün, 12:00Suraxanıya içməli suyun verilməsində fasilə yaranacaqBu gün, 11:53Antiterror tədbirləri zamanı şəhid olan DİN-nin hərbi qulluqçularının adları açıqlanıb - SİYAHIBu gün, 11:47Lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqcu və 1 mülki şəxs yaralanıbBu gün, 11:46
Bütün xəbərlər

Next TV