“Azərbaycanda bəzi internet platformaları, xüsusilə “Tik-tok” məhdudlaşdırılıb” - Elşad Hacıyev
“Azərbaycanda bəzi internet platformaları, xüsusilə “Tik-tok” məhdudlaşdırılıb”.
1news.az xəbər verir ki, bunu DİN, DSX, DTX və Baş Prokurorluğun birgə brifinqində DİN mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev deyib.
“Bu da ondan irəli gəlir ki, təhdidlər vardı və dezinformasiyalar yayılırdı. Qarşı tərəf təkcə Azərbaycana silahlı formada müqavimət göstərmir, həm də informasiya cəbhəsində Azərbaycanla müharibə əhval-ruhiyyəsinə köklənmiş vəziyyətdə sosial şəbəkə seqmentlərini idarə edirdi. Azərbaycan cəmiyyətinə çağırışımız ondan ibarətdir ki, hər bir azərbaycanlı diqqətli və məsuliyyətli olmalıdır. Yalnız dövlət qurumlarının verdiyi məlumatlara inanmalı, aidiyyəti dövlət qurumlarının açıqladığı məlumatlar əsasında hansısa paylaşımlar etməlidir”.