Laçında ağır yol qəzasında həlak olanlar “Azərenerji”nin əməkdaşları deyil - Açıqlama- YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçında ağır yol qəzasında həlak olanlar “Azərenerji”nin əməkdaşları deyil - Açıqlama- YENİLƏNİB

Qafar Ağayev11:00 - 19 / 09 / 2023
Laçında ağır yol qəzasında həlak olanlar “Azərenerji”nin əməkdaşları deyil - Açıqlama- YENİLƏNİB

Bu gün Laçın rayonunun Mollalar kəndində ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olmuş Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu “Azərenerji” ASC-nin əməkdaşları deyil.

Bu barədə 1news.az-a qurumdan bildirilib.

Məlumata görə, onlar ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.

***

Saat 09:58

Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan 1news.az-a bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"-nin əməkdaşları – Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Araşdırma aparılır.

Paylaş:
540

Son xəbərlər

Bütün xəbərlər