Laçın yolu ilə sülhməramlıların müşayiəti altında hərəkət edən mülki kolonun atəşə tutulması yalandır | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçın yolu ilə sülhməramlıların müşayiəti altında hərəkət edən mülki kolonun atəşə tutulması yalandır

Qafar Ağayev10:44 - 20 / 09 / 2023
Laçın yolu ilə sülhməramlıların müşayiəti altında hərəkət edən mülki kolonun atəşə tutulması yalandır

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Laçın yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkət edən mülki kolonun atəşə tutulması barədə yayılan məlumatın heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu əsassız iddianı qəti surətdə təkzib edirik" - deyə qeyd olunub.

Paylaş:
332

Son xəbərlər

Bütün xəbərlər