Elşad Hacıyev: Vətəndaşlarımız sosial şəbəkədəki informasiyalara diqqətli yanaşsınlar | 1news.az | Xəbərlər
Cəmiyyət

Elşad Hacıyev: Vətəndaşlarımız sosial şəbəkədəki informasiyalara diqqətli yanaşsınlar

10:55 - 20 / 09 / 2023
Elşad Hacıyev: Vətəndaşlarımız sosial şəbəkədəki informasiyalara diqqətli yanaşsınlar

Vətəndaşlarımıza xəbərdarlıq edirik ki, sosial şəbəkələrdəki informasiyalara diqqətli yanaşsınlar.

1news.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis əvəzi, polkovnik leytenant Elşad Hacıyev keçirilən brifinqdə deyib.

“Çünki oradakı bəzi xəbərlər qarşı tərəfin öz cəmiyyətlərində nikbinlik yaratmaq məqsədli manipulyativ xəbərlərdir. Bu, Azərbaycanda ictimai-siyasi sabitliyə xələl gətirmək niyyətindən irəli gələn iddialardır və həqiqət deyil”, - o əlavə edib.

Paylaş:
381

Son xəbərlər

Bütün xəbərlər